"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola İngiltərə millisinin baş məşqçisi olmaq istəyir.
 
Matc.az xəbər verir ki, ispan mütəxəssis milli ilə dünya və Avropa çempionatlarında qalib gəlmək istərdi.
 
Onun "şəhərlilər"lə müqaviləsi 2025-ci ilin yayına kimi nəzərdə tutulub.
 
Qeyd edək ki, İngiltərə millisinin hazırkı baş məşqçisi Qaret Sautqeytin AVRO-2024-ün sonunda postunu tərk edəcəyi gözlənilir.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest