06 Dekabr 2023, 11:32
FUTBOL
25 sabiq futbolçu, o cümlədən Premyer Liqada çıxış etmiş 3 oyunçu İngiltərə Futbol Assosiasiyasını (FA) məhkəməyə verib. Onlar qurumu travmatik beyin zədələrindən kifayət qədər müdafiə etməməkdə ittiham edib.
25 sabiq futbolçu, o cümlədən Premyer Liqada çıxış etmiş 3 oyunçu İngiltərə Futbol Assosiasiyasını (FA) məhkəməyə verib. Matc.az xəbər verir ki, onlar qurumu travmatik beyin zədələrindən kifayət qədər müdafiə etməməkdə ittiham edib.
İlk məhkəmə iclası yeni ilə təyin edilib. Kompensasiya istəyən bütün oyunçular xroniki travmatik ensefalopatiya və beyin sarsıntısından sonrakı sindrom kimi qalıcı nevroloji zədələrdən əziyyət çəkir. Hazırda iddiaçılar anonimliklərini saxlamağa üstünlük verirlər. Lakin bu iş üzrə ilk məhkəmə iclasının keçiriləcəyi yanvarın 16-da adları açıqlana bilər.
Həmin sabiq futbolçuların əksəriyyətinin 60-70 yaşı var. Çünki məhz bu yaşlarda problemlər yaranır. İddiaçılar arasında 30 yaşından problem yaşamağa başlayan gənc oyunçular da var.