“Milan”ın hücumçusu Olivye Jiru milli karyerasını bitirməyə hazırlaşır. Matc.az xəbər verir ki, bunu 37 yaşlı forvard özü açıqlayıb.
 
Fransa millisinin üzvü AVRO-2024-ü qazanacaqları təqdirdə bu addımı atacağını söyləyib: “Mən sadəcə Avropa çempionluğunu qazanmaq üçün darıxıram. Qalib gəlsək, millidən gedəcəyəm. Yəqin ki, turnirin qalibi olmasaq belə, bu baş verəcək”.
 
Qeyd edək ki, Jiru Fransa millisinin heyətində 129 oyunda 56 qol vurub, 16 məhsuldar ötürmə verib. Avropa çempionatı iyunun 14-dən iyulun 14-dək Almaniyada keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest