Görüş "Fənərbaxça"nın İstanbuldakı ofisində baş tutub. Yoxlama matçının yaxın gələcəkdə təşkili ilə bağlı danışıq aparılıb.

"Zirə" ilə "Fənərbaxça" arasında Bakıda yoldaşlıq görüşü keçiriləcək. Matc.az xəbər verir ki, "Zirə"nin və Azərbaycan Minifutbol Federasiyasının prezidenti Taleh Nəsibovla "Fənərbaxça"nın baş katibi Burak Kızılhan arasında keçirilən görüşdə bu barədə razılıq əldə olunub.
 
Görüş "Fənərbaxça"nın İstanbuldakı ofisində baş tutub. Yoxlama matçının yaxın gələcəkdə təşkili ilə bağlı danışıq aparılıb.
 
Eyni zamanda Azərbaycan Minifutbol Federasiyasının və "Fənərbaxça"nın İdarə Heyətinin üzvüləri də bir araya gəliblər. Söhbət zamanı bir sıra məsələlər müzakirə olunub, tərəflər arasında əlaqələrin daha da inkişaf etdirilməsi barədə razılıq əldə olunub. 
 
Sonda iştirakçılar bir-birlərinə xatirə hədiyyələri təqdim ediblər.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest