Bu gün Misli Premyer Liqasında 2026/2027 mövsümünə start verilib. Birinci turun ilk oyununda "Turan Tovuz" "Qəbələ"ni qəbul edib. Qarşılaşma meydan sahiblərinin minimal hesablı qələbəsi ilə yekunlaşıb.

Matc.az xəbər verir ki, "Turan Tovuz"un baş məşqçisi Kurban Berdıyev oyun haqqında fikirlərini bildirib:

"Çempionatın ilk oyunu hər zaman çətin keçir. Şadam ki, qələbə qazandıq. Çox vacib qələbə oldu".

- Tavareşin uzun müddət zədədən sonra start heyətində olmağı və yeni transfer Balau haqda düşüncələriniz?

- Komandaya yaxşı adaptasiya oldular hər ikisi də. Balaunu transfer etdiyimizə görə şadıq. Tavareş də bu gün başqa səviyyədə oyun göstərdi. Bu da rəqabətin güclü olacağından xəbər verir. 

- 90 dəqiqə ərzində 2 futbolçunuz zədələndi. Bu təlim-məşq toplanışının ağır keçməsindən xəbər verir?

- Hər iki zədə də fiziki təmasla bağlı oldu. Siz necə düşünürsünüz, bu təlim-məşq toplanışı ilə bağlı ola bilərmi?

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest