İtaliyanın "Milan" klubu "transfer pəncərəsi" bağlanana qədər 7 futbolçusu ilə yollarını ayırmağı planlaşdırır. Klub rəhbərliyi komandanın baş məşqçisi Ruben Amorimin heyəti optimallaşdırmaq istəyinə görə bu addımı atmağa hazırdır.
Matc.az xəbər verir ki, bu barədə "Sky Sport Italia" nəşri məlumat yayıb.
Bildirilir ki, "Milan" müdafiəçilər Fikayo Tomori, Filippo Terratçano, Pervis Estupinyan, David Odoqu, yarımmüdafiəçilər Kristofer Nkunku, Yussuf Fofana və hücumçu Santyaqo Ximenezi satmaq niyyətindədir.
Milan klubunun sahibi Cerri Kardinale "transfer pəncərəsi"ni planlaşdırmaq məqsədilə Amorimlə görüş keçirib. "Milan"da bir aylıq fəaliyyətindən sonra portuqaliyalı mütəxəssis öz komandasında görmək istəmədiyi oyunçuların adlarını artıq dəqiqləşdirib.













