14 Avqust 2026, 01:32
FUTBOL
"Fiorentina"nın italiyalı hücumçusu Roberto Pikkoli "Bolonya"nın heyətinə qoşulub.
Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, keçidin detalları rəsmən açıqlanmasa da, transfer məcburi satın alma şərti ilə icarə əsasında baş tutub. "Bolonya" 25 yaşlı hücumçu üçün 18 milyon avro ilə yanaşı, əlavə olaraq 2 milyon avro bonus ödəyəcək.
Pikkoli 2025-ci ilin yayından, "Kalyari"dən 25 milyon avro qarşılığında transfer olunduğu vaxtdan bəri "Fiorentina"da çıxış edirdi.
O, ötən mövsüm bütün turnirlərdə meydana çıxdığı 44 matçda 9 qol və 2 məhsuldar ötürmə ilə yaddaqalan olub.













