Azərbaycanın qanuni lotereya təşkilatçısı və idman mərc oyunları operatoru “Azərlotereya”nın “Misli” brendi ilə Peşəkar Futbol Liqası (PFL) arasında Azərbaycan Premyer Liqasının titul sponsorluğuna dair müqavilənin müddəti uzadılıb.
Matc.az xəbər verir ki, bu barədə PFL-in mətbuat xidməti məlumat yayıb.
Razılığa əsasən, “Misli” 2026/2027-ci illər mövsümündə də Azərbaycan Premyer Liqasının əsas sponsoru olacaq və ölkə çempionatı “Misli Premyer Liqası” adlanacaq.
“Misli” hər zaman ölkədə idmanın, xüsusilə də futbolun inkişafına və populyarlaşdırılmasına yönəlmiş mühüm layihələrin həyata keçirilməsinə töhfə verir. Şirkətin Azərbaycan Premyer Liqasına sponsorluğu da bu istiqamətdə həyata keçirilən önəmli layihələrdən biridir.
Artıq beşinci mövsümdür davam edən bu əməkdaşlıq Azərbaycan futbolunun uzunmüddətli və dayanıqlı inkişafında mühüm rol oynayır. Bu müddət ərzində liqaya maraq və yarışın rəqabətliliyi əhəmiyyətli dərəcədə artıb. Sponsorluq çərçivəsində həyata keçirilən müxtəlif layihələr azarkeşlərin diqqətini cəlb etməklə yanaşı, yerli futbolun kommersiya dəyərinin artırılmasına da mühüm töhfə verir.
“Misli” həmçinin kişilərdən ibarət A milli futbol komandasının rəsmi sponsorudur. Əsas milli komandaya sponsorluq “Misli”nin ölkədə idmanın, xüsusilə də futbolun inkişafına və dəstəklənməsinə verdiyi davamlı dəstəyi əks etdirir.
“Misli” və PFL arasında davam edən tərəfdaşlıq futbolun ictimai dəyərinin artırılmasına, azarkeşlərlə klublar və milli futbol arasında əlaqələrin möhkəmləndirilməsinə töhfə verir. “Misli”nin Premyer Liqaya dəstəyi Azərbaycan futbolunun inkişafı üçün yeni imkanların yaradılmasına xidmət edir.
Qeyd edək ki, 2026/2027-ci illər mövsümünün “Misli Premyer Liqası” 14 avqust tarixində başlayacaq.













