Avropa Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində "Torsvollur" stadionunda keçirilməli olan "Lex" (Poznan) və Farer adalarının "Klaksvik" komandaları arasındakı qarşılaşma güclü duman səbəbindən UEFA-nın qərarı ilə təxirə salınıb.

Matc.az xəbər verir ki, bu barədə "The Athletic" idman nəşri məlumat yayıb.

Bildirilir ki, matçın yeni tarixi avqustun 14-ü Bakı vaxtı ilə saat 22:00-a təyin edilib. Polşa komandası Farer adalarının paytaxtına uçmaq üçün iki dəfə cəhd göstərsə də, görünüşün sıfır dərəcədə olması səbəbindən hər iki cəhd uğursuzluqla nəticələnib.

"Dəmiryolçular" yalnız saat 15:30-da Vaqar hava limanına çata bilsələr də, UEFA qarşılaşmanı növbəti günə keçirməyi məqsədəuyğun hesab edib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest