Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubu "Qalatasaray"a 27 yaşlı nigeriyalı hücumçu Viktor Osimhenin transferi ilə bağlı şifahi sorğu göndərib.
Matc.az xəbər verir ki, bu barədə jurnalist Florian Plettenberq məlumat yayıb.
Bildirilir ki, Səudiyyə təmsilçisi nigeriyalı futbolçu üçün 130 milyon avro ödəməyə hazırdır. Lakin Türkiyə klubu hələlik bu təklifdə maraqlı deyil və hücumçunun transferi ilə bağlı danışıqlara başlamaq niyyətində deyil.
Osimhen 2024-cü ildən Türkiyə klubunda çıxış edir. Bu müddət ərzində nigeriyalı futbolçu "Qalatasaray"ın heyətində ümumilikdə 74 matça çıxıb, 59 qol vurub və 16 məhsuldar ötürmə edib.
Hücumçunun müqaviləsi 2029-cu ilin yayına qədər qüvvədədir, "Transfermarkt" portalı isə onun dəyərini 75 milyon avro qiymətləndirir.













