"Çelsi"nin ingiltərəli hücumçusu Liam Delap karyerasını İtaliya A Seriyasında davam etdirə bilər. London klubunun forvardı "Komo"nun transfer hədəfinə çevrilib.

Matc.az xəbər verir ki, bu barədə tanınmış insayder Canluka Di Martsio məlumat yayıb.

Bildirilir ki, İtaliya təmsilçisi Delapı cari mövsümün sonuna qədər icarəyə götürmək istəyir.

Yaxın günlərdə "Çelsi"nin müdafiəçisi Trevo Çalobanı heyətinə qatan "Komo" ilə London klubu arasında yaxşı münasibətlər yaranıb ki, bu da Delapın keçidini asanlaşdıra bilər.

İtaliya klubu yeni mövsümdə tarixində ilk dəfə Çempionlar Liqasında oynayacaq və hazırda Avropanın baş klub turnirində çıxış etmək üçün heyətini gücləndirməklə məşğuldur.

Ötən yay "Çelsi" Delapı "İpsviç"dən 35,5 milyon avroya transfer etmişdi. O, geridə qalan mövsümdə bütün turnirlərdə meydana çıxdığı 41 matçda 2 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb. 23 yaşlı ingilisin müqaviləsi 2031-cu ilin yayına qədər qüvvədədir, onun transfer dəyəri isə 28 milyon avro qiymətləndirilir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest