Kiyev "Dinamo"sunu Bakıda məğlub edən "Qarabağ"ın UEFA Konfrans Liqasının pley-off mərhələsindəki rəqibi rəsmən bəlli olub.

Kiyev "Dinamo"sunu Bakıda məğlub edən "Qarabağ"ın UEFA Konfrans Liqasının pley-off mərhələsindəki rəqibi rəsmən bəlli olub.

Matc.az xəbər verir ki, ilk görüşdəki minimum hesablı (0:1) məğlubiyyətin əvəzini doğma divarlar arasında 2:0 hesablı parlaq qələbə ilə çıxan Ağdam təmsilçisi adını növbəti mərhələyə yazdırıb.

Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv qrup mərhələsinin biraddımlığında Niderlandın köklü klublarından olan "Tvente" ilə üz-üzə gələcək.

Rəqib komanda III təsnifat mərhələsində Slovakiyanın "DAK-1904" kollektivini iki oyunun nəticəsinə əsasən (6:0, 3:3) mübarizədən kənarlaşdırıb.

"Qarabağ" pley-off mərhələsinin ilk qarşılaşmasını səfərdə keçirməli olacaq.

Qeyd edək ki, bu turnirin pley-off mərhələsində ilk oyunlar avqustun 20-də, cavab görüşləri isə avqustun 27-də baş tutacaq.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest