"Napoli" klubu "Çelsi"nin mərkəz müdafiəçisi Benua Badiaşilin transferi ilə bağlı razılıq əldə edib.

Matc.az xəbər verir ki, bu barədə insayder Fabrisio Romano məlumat yayıb.

Bildirilir ki, İtaliya klubu fransalı oyunçunun icarəsi üçün "mavilər"ə 3 milyon avro ödəyəcək. Müqavilədə müdafiəçinin 27 milyon avroya birdəfəlik satın alınması bəndi də nəzərdə tutulub.

"Çelsi"nin futbolçunu birbaşa satmaq və ya məcburi satın alma şərti ilə icarəyə vermək istədiyi barədə məlumatlar var idi.

Badiaşil 2023-cü ilin yanvarından, Fransanın "Monako" klubundan transfer olunduğu vaxtdan bəri İngiltərə komandasında çıxış edir. O, London təmsilçisinin heyətində 71 matçda meydana çıxıb, 2 qol və 1 məhsuldar ötürmə ilə yaddaqalan olub.

25 yaşlı müdafiəçinin ingilislərlə müqaviləsi 2030-cu ilin iyun ayının sonuna qədərdir. "Transfermarkt" portalı oyunçunun dəyərini 15 milyon avro qiymətləndirir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest