Azərbaycani Premyer Liqasında yay "transfer pəncərəsi" çərçivəsində klublarımız heyətlərinə yeni futbolçular və baş məşqçilər cəlb ediblər. Komandalar növbəti mövsümdə daha rəqabətədavamlı olmaq üçün sentyabrın 10-dək davam edəcək bu dövrdən maksimum yararlanmağa çalışıblar.
Matc.az xəbər verir ki, çempionatın startı ərəfəsində hər bir komandanın rəsmiləşdirdiyi keçidlər bəlli olub.
Klublarımızın rəsmi olaraq həyata keçirdiyi gələn transferlərin tam təfərrüatı aşağıdakı kimidir:
"Sabah" klubu yeni mövsüm öncəsi heyətini Yunis Laçabı, Eyden Makkarti, Junior Erivaldo Almeyda, Patrik Orfe Mbina, Ksander Severina, Amin Ramazanov və Kristian Nvaçukvu ilə gücləndirib.
"Qarabağ" komandası "transfer pəncərəsi"ndə fəal olaraq Zakaria Savo, Jali Muaddib, Samuel Lobato, Bruno Lanqa, Martin Zlomisliç, Renaldo Sefas, Bense Varkonyi və Cebrail Makreçkisin keçidini bitirib.
"Turan Tovuz" kollektivi çempionatın startına qədər heyətinə Dioqo Balau, Aleksey Kenyaykin, Stiv Beusnard, Filip Damyanoviç və Rahil Məmmədovu qatıb.
"Neftçi" rəhbərliyi komandanın gücünə güc qatmaq məqsədilə Rüfət Abbasov, Qustavo Klisman, Endryu Qravilyon, Lyubomir Tupta, Fredi Varqas və Alen Şkribeklə rəsmi müqavilə imzalayıb.
"Zirə" yay dövründə boş durmayaraq Amin Seydiyev, Maykon Kleyton, Vierinya, Ayxan Hüseynov, Hüseynəli Quliyev, Kris Diqbeu və Dameyn Smit kimi futbolçuları rənglərinə bağlayıb.
"Araz-Naxçıvan" ilk növbədə baş məşqçi postunu Cavid Hüseynova tapşırıb. Naxçıvan təmsilçisi ardınca Luka Dumançiç, Rəşad Həsənov, Alberto Qarsiya Fernandes, Alexandro Errera, Rövlan Muradov, Artur Auqusto Da Silva, Mara Mohamed, Abdallah Sudi, Mamadu Kane, Ceyhun Nuriyev, Ağadadaş Salyanski və Boyan Letiçi heyətinə cəlb edib.
"Sumqayıt" komandası yeni mövsümə baş məşqçi Filipe Kandidonun rəhbərliyi altında hazırlaşır. Klub gələn transferlər qismində Emil Mustafayev, Jeymes Almeyda, Jeam Oliveyra, Lukas Blak və Renan Santananı heyətinə yazıb.
"Şamaxı" rəhbərliyi baş məşqçi vəzifəsinə Azər Bağırovu gətirib. Bölgə təmsilçisi geniş transfer kampaniyası çərçivəsində Sənan Muradlı, Emin Rüstəmov, Uğur Cahangirov, Ceyhun Bağırzadə, Okan Təhməzli, Hacıəli Şirəliyev, Emil Süleymanov, Nicat Qaragözlü, Joao Oliveira, Teşager Degu, Tornike Axvlediani, Abdul Raşid Mumini, Filipe Markeş, Fariz Xeyrullayev və Ayman Boualini transfer edib.
"İmişli" klubu baş məşqçi Fərid Namazov və məşqçi Ervins Perkons ilə anlaşdıqdan sonra heyəti Seyxan Fərəcov, Sadiq Məmmədzadə, Bəxtiyar Həsənalızadə, Fərid Nəbiyev, Yusif İmanov, Dominqos Senqui Ermeneqildo və Yvan Seninlə gücləndirib.
"Kəpəz" baş məşqçi postuna Azər Məmmədovu təyin edib. Gəncəlilər heyəti Rojerio Santos, Vadim Abdullayev, Azuma Abubakar, Urfan Abbasov, Kennet Kalunqa, Viktor Stina, Hüseyn Babayev, Namiq Ələskərov, Rəşad Əzizli və Olabiran Blessinq Muyiva ilə yeniləyiblər.
"Qəbələ" klubu mövsüm öncəsi hazırlıq planına uyğun olaraq Kouya Mabena, Natan Monzanqo, Karim Rossi, Uboçioma Meşak, Bruno Silva, Artur Motta və Edson Eduardonun keçidlərini tamamlayıb.
"Şəfa" kollektivi baş məşqçi Zaur Həşimovun rəhbərliyi altında Məmməd Hüseynov, Arsen Ağcabəyov, Rauf Hüseynli, Nicat Mehbalıyev, Murad Musayev, Vlad Marian Pop, Andrey Fernando Draqu, Musa Queli, Fərid Yusifli, Maudo Lamin Jarjue, Treyvon Fuller, Bafode Dansoko və Kristofer Mamenqini sıralarına daxil edib.













