"Qarabağ" bu gün Avropa Liqasının qrup mərhələsində sonuncu oyununu keçirib. Matc.az xəbər verir ki, Ağdam təmsilçisi Tofiq Bəhramov adına Respublika stadionunda Almaniyanın "Frayburq" komandası ilə qarşılaşıb.

Azərbaycan çempionu Almaniyada keçirilən ilk oyunda bu rəqibinə 1:2 hesabı ilə məğlub olmuşdu. İndi Qurban Qurbanovun komandası həmin məğlubiyyətin təsadüf olduğunu sübut etməyə çalışmaqla yanaşı, Avroliqanın pley-off mərhələsinə vəsiqə qazanmaq üçün mübarizə aparırdı.

Qrupun digər oyununda turnir cədvəlində "Qarabağ"dan bir xal geri qalan "Nant" Yunanıstanda "Olimpiakos"un qonağı olub. Avroliqanın pley-offuna çıxmaq üçün Azərbaycan çempionu Yunanıstandakı matçın nəticəsini gözləməməli, "Frayburq"la qarşılaşmada qələbə qazanmaq üçün əlindən gələni etməliydi. Təəssüf ki, hər iki oyunda arzulamadığımız nəticə qeydə alınıb. Yunanıstanda "Nant" qələbə qazanıbsa, "Qarabağ" doğma meydanda cəmi 1 xal qazana bilib. Bu nəticələrdən sonra Fransa təmsilçisi qrup ikinciliyini ələ keçiribsə, Azərbaycan çempionu üçüncü pilləyə enib. Bu isə o deməkdir ki, "Qarabağ" mübarizəni Avropa Konfrans Liqasında davam etdirəcək.

Avropa Liqası
G qrupu
3 noyabr

Qarabağ - Frayburq 1:1
Qol: K.Ovusu, 90+1 - N.Petersen, 25-pen.
Qırmızı vərəqə: K.Medina, 62.
Hakimlər: Aleksey Kulbakov, Dmitri Juk, Aleh Maslianka, Dmitri Dmitriyev (hamısı Belarus).
Bakı.T.Bəhramov adına Respublika stadionu.

Qarabağ: 1. Şahruddin Məhəmmədəliyev, 7. Riçard Almeyda (k), 8. Marko Yankoviç, 10. Abdullah Zubir, 11. Kvabena Ovusu, 13. Bəhlul Mustafazadə, 20. Kadi Borges. 29. Marko Veşoviç, 44. Elvin Cəfərquliyev, 77. Ramil Şeydayev, 81. Kevin Medina.
Ehtiyat oyunçular: 23. Luka Quqeşaşvili, 89. Amin Ramazanov, 2. Qara Qarayev, 4. Rahil Məmmədov, 5. Maksim Medvedev, 6. Julio Romao, 18. İsmayıl İbrahimli, 22. Musa Qurbanlı, 27. Toral Bayramov, 30. Abbas Hüseynov, 55. Bədavi Hüseynov, 90. Nəriman Axundzadə.
Baş məşqçi: Qurban Qurbanov.
Frayburq: 21. Noah Atubolu, 2. Uqo Sike, 9. Lukas Höler, 14. Yannik Keytel, 18. Nils Petersen, 20. Kevin Şade, 23. Robert Vaqner, 25. Kiliann Sildillia, 30. Kristian Günter (k), 31. Keven Şlotterbek, 33. Noah Veybhaupt.
Ehtiyat oyunçular: 1. Benyamin Uphoff, 26. Mark Flekken, 3. Filip Linhardt, 8. Maksimilian Eggeştayn, 17. Lukas Kübler, 22. Roland Şallai, 27. Nikolas Höfler, 28. Mattias Ginter, 29. çon U Yon, 32. Vinçentso Qrifo, 38. Mixael Qreqoriç, 42. Ritsu Doan.
Baş məşqçi: Kristian Ştrayx.

Xal: Frayburq – 14. Nant – 9. Qarabağ – 8. Olimpiakos – 2.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest