Avropa Liqasının qrup mərhələsi çərçivəsində keçiriləcək "Qarabağ" – "Frayburq" oyunu üçün 26-cı sektorun biletləri də satışa çıxarılıb. Matc.az Ağdam klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, həmin biletləri iticket.az və kassalardan ala bilərsiniz.
 
30, 31, 37 və 38-ci sektorlara olan biletləri onlayn deyil, yalnız kassalardan ala bilərsiniz.
 
Satış məntəqələri:
- Tofiq Bəhramov adına Respublika stadionun kassalarında (11:00-dan 20:00-dək);
- Iticket.az-ın satış məntəqələri (iticket.az-da onlayn satış);
- Park Bulvardakı "Qarabağ" FK-nın Fan-Şopunda (11:00-dan 20:00-dək), eləcə də 28 mall və Gənclik mall ticarət mərkəzlərində satılır (11:00-22:00).
 
Sabah keçiriləcək Tofiq Bəhramov adına Respublika stadionunda "Qarabağ" – "Frayburq" matçına saat 21:45-də start veriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest