Noyabrın 5-də Bakı İdman Sarayında start götürəcək yunan-Roma güləşi üzrə dünya kubokunun biletləri satışa çıxarılıb. Matc.az Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, ilk dəfə paytaxtda keçiriləcək yarışın biletlərini onlayn qaydada "iticket.az" saytından əldə etmək mümkündür.
 
Biletlər 3 sessiya üzrə satılacaq. Yarışın ilk günü üçün biletlərin qiyməti 3, ikinci günü üçün isə 5 AZN təşkil edir.
 
Sessiyaların proqramı belədir:
 
I sessiya
 
5 noyabr
10:00-12:30
A qrupu: Türkiyə - İran
B qrupu: Azərbaycan – Serbiya
 
II sessiya
 
5 noyabr
16:00-22:00
Açılış mərasimi
A qrupu: İran - Qırğızıstan
B qrupu: Serbiya – Dünya yığması
A qrupu: Türkiyə - Qırğızıstan
B qrupu: Azərbaycan – Dünya yığması
 
III sessiya
 
6 noyabr
17:00-20:30
Bürünc medal uğrunda görüş
Final
 
Dünya kuboku noyabrın 6-da başa çatacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest