Azərbaycanın qadın boksçusu Aynur Rzayeva Monteneqronun Budva şəhərində keçirilən Avropa çempionatında finala vəsiqə qazanıb.

Azərbaycanın qadın boksçusu Aynur Rzayeva Monteneqronun Budva şəhərində keçirilən Avropa çempionatında finala vəsiqə qazanıb. Matc.az xəbər verir ki, 81 kq-dan yuxarı çəki dərəcəsində çıxış edən idmançı yarımfinalda Darya Kozoresi (Moldova) 5:0 (29:28, 30:27, 30:27, 30:27, 29:28) hesabı ilə məğlub edib.
 
Beləliklə, Azərbaycan 6 ildən sonra qitə çempionatının həlledici mərhələsində təmsil olunacaq. Rzayeva qızıl medal uğrunda Mariya Lovçinska ilə (Ukrayna) döyüşəcək.
 
Millinin digər boksçusu Anaxanım İsmayılova (50 kq) isə bürünc medalla kifayətlənib. 1/4 finalda Yaroslava Marinçuku (Ukrayna) məğlub edən idmançı yarımfinalda Katlin Fryerslə (İrlandiya) qarşılaşıb və rəqib finala yüksəldiyindən təmsilçimiz 3-cü yeri tutub.
 
Qeyd edək ki, 30 ölkədən 154 boksçunun qatıldığı Avropa çempionatına bu gün yekun vurulacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest