"Qarabağ"ın yarımmüdafiəçisi Julio Romao Avropa Liqasının qrup mərhələsinin 4-cü turu çərçivəsində Bakıda "Olimpiakos"a (Yunanıstan) qarşı keçirdikləri oyunu şərh edib.

"Qarabağ"ın yarımmüdafiəçisi Julio Romao Avropa Liqasının qrup mərhələsinin 4-cü turu çərçivəsində Bakıda "Olimpiakos"a (Yunanıstan) qarşı keçirdikləri oyunu şərh edib. Matc.az xəbər verir ki, o, 0:0 hesabı ilə bitən oyundan sonra jurnalistlərə açıqlamasında bunları söyləyib:
 
"çətin oyun olacağını bilirdik. Görüş səfərdəkindən fərqli oldu. "Olimpiakos"a hörmətlə yanaşdıq. Qələbə qazana bilərdik. Şansımız var idi. Gələcəyə baxmaq, işləmək lazımdır".
 
Braziliyalı yarımmüdafiəçi 4 oyuna qazanılan 7 xalın pis nəticə olmadığını bildirib: "Daha çox xal toplaya bilərdik. öz üzərimizdə işləməliyik. Daha yaxşısına ümid edirik".
 
Matçdan sonra "Olimpiakos"da çıxış edən həmyerlisi Marselo ilə görüşən futbolçu onunla tanışlığının olmadığını söyləyib: "Hər ikimiz Riodanıq. Nəzərə alaq ki, əfsanəvi futbolçudur. Məni az da olsa, tanıyır. Həm də ona qarşı oynadım. Bundan şərəf duyuram".
 
Hər futbolçunun arzusu olduğunu deyən Romaonun sözlərinə görə, onun xəyalı nə vaxtsa əfsanəvi futbolçulara qarşı oynamaq olub: "Amma hər şeyin bu qədər tez olacağını bilmirdim. Portuqaliyanın "Santa Klara" klubunda olanda mənə anidən təklif gəldi. Son 1 həftədə ideallarımdan biri olan futbolçuya qarşı oynadım. Hadisələrin belə sürətli cərəyan edəcəyini gözləmirdim".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest