"Qarabağ" Avropa Konfrans Liqasının pley-offuna vəsiqəni təmin edib. Matc.az xəbər verir ki, Ağdam təmsilçisi buna Avropa Liqasının qrup mərhələsinin 4-cü turunda Yunanıstan "Olimpiakos"u ilə qolsuz heç-heçə sayəsində nail olub.

Xallarının sayını 7-yə çatdıran Azərbaycan çempionu G qrupunda ən azı üçüncü yeri rəsmiləşdirib. Bununla da "Qarabağ" tarixində ikinci dəfə Konfrans Liqasının pley-offunda iştirak hüququ əldə edib.
 
Lakin Ağdam klubu Avroliqada da ilk iki pillədən birini tutmaqla bu turnirdə mübarizəni davam etdirmək şansını saxlayır. Hazırda bu qrupda Almaniya "Frayburq"u 12 xalla liderdir. "Nant"ın (Fransa) 3, "Olimpiakos"un isə 1 xalı var.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest