Avropa Liqasının qrup mərhələsinin 4-cü turu çərçivəsində Bakıda "Qarabağ" və Yunanıstan "Olimpiakos" komandası arasında keçiriləcək oyun üçün əlavə biletlər satışa çıxarılıb. Matc.az xəbər verir ki, bu barədə Ağdam klubunun mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, buna qonaq komandanın azarkeşlərinin matça gəlməməsi səbəb olub. Klublar arasında əldə olunmuş razılığa əsasən, 28-ci sektorun biletləri də satışa çıxarılıb. Biletlər Tofiq Bəhramov adına Respublika stadionun kassalarında, Iticket.az-ın satış məntəqələrində (iticket.az-da onlayn satış), Park Bulvardakı "Qarabağ" FK-nın Fan-Şopunda, eləcə də "28 mall" və "Gənclik mall" ticarət mərkəzlərində satılır.
 
Xatırladaq ki, 30, 31, 37 və 38-ci sektorlara biletləri yalnız kassalardan əldə etmək mümkündür. Kassalar saat 17:00-a qədər fəaliyyət göstərəcək.
 
Bu gün keçiriləcək "Qarabağ" - "Olimpiakos" matçına saat 20:45-də start veriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest