Avropa Liqasının qrup mərhələsinin 4-cü turu çərçivəsində "Qarabağ"ın qonağı olacaq "Olimpiakos" bu gün səhər saatlarında Bakıya yola düşüb.

Avropa Liqasının qrup mərhələsinin 4-cü turu çərçivəsində "Qarabağ"ın qonağı olacaq "Olimpiakos" bu gün səhər saatlarında Bakıya yola düşüb.

Matc.az xəbər verir ki, Yunanıstan klubu bu gün saat 18:00-da oyunun keçiriləcəyi Tofiq Bəhramov adına stadionunda son məşqə çıxacaq. Bundan yarım saat əvvəl isə baş məşqçi Miçel Qonsalesin mətbuat konfransı olacaq.

Oktyabrın 13-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" – "Olimpiakos" matçına saat 20:45-də start veriləcək. Ağdam təmsilçisi səfərdə bu rəqibinə 3:0 hesabıyla qalib gəlib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest