18 yaşlı oyunçu Pirey təmsilçisinin UEFA-ya göndərdiyi sifariş ərizəsinin B siyahısında yer alıb. Lakin gənc futbolçunun Bakıya gətirilib-gətirilməyəcəyi hələlik bəlli deyil.

Yunanıstanın "Olimpiakos" komandasının baş məşqçisi Miçel Qonsales Avropa Liqasının qrup mərhələsinin 4-cü turu çərçivəsində Bakıda "Qarabağ"a qarşı keçirəcəkləri oyundan öncə heyətə yeni futbolçu dəvət edib. Matc.az xəbər verir ki, müdafiəçi Aleksis Kalogeropulos əsas komanda ilə məşqlərə cəlb olunub.
 
18 yaşlı oyunçu Pirey təmsilçisinin UEFA-ya göndərdiyi sifariş ərizəsinin B siyahısında yer alıb. Lakin gənc futbolçunun Bakıya gətirilib-gətirilməyəcəyi hələlik bəlli deyil.
 
Xatırladaq ki, oktyabrın 13-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Olimpiakos" matçına saat 20:45-də start veriləcək. Ağdam təmsilçisi bu rəqibinə səfərdə 3:0 hesabıyla qalib gəlib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest