Fransalı hücumçu Antuan Qrizmann sentyabr ayı üçün "Atletiko"nun ən yaxşı futbolçusu seçilib.  Matc.az xəbər verir ki, bu barədə Madrid klubunun mətbuat xidməti məlumat yayıb.
 
Maraqlıdır ki, 31 yaşlı hücumçu yalnız bir dəfə "hindular"ın əsas heyətində meydana çıxıb. Bu, La Liqanın 6-cı turunun "Real"la oyununda baş verib. Qrizmann "kral klubu"ilə oyunda 90 dəqiqəni meydanda keçirib. Ondan əvvəlki qarşılaşmalarda isə bu futbolçu yalnız son yarım saatda meydana buraxılıb.
 
Müqavilə ilə "Barselona"ya məxsus olan fransalı futbolçu Madrid klubunda icarə əsasında çıxış edir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest