Futbol üzrə 2026-cı il dünya çempionatının final qarşılaşmasını idarə edəcək hakimlər müəyyənləşib.
Matc.az xəbər verir ki, bu barədə FİFA-nın mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, İspaniya və Argentina yığmaları arasında keçiriləcək həlledici final matçı sloveniyalı FİFA referisi Slavko Vinçiçə həvalə olunub. Yan xətt hakimləri funksiyasını Tomaş Klançnik və Andraj Kovaçiç yerinə yetirəcəklər. Çempionluq mübarizəsində dördüncü hakim qismində Adham Mahadme, ehtiyat hakim kimi isə Məhəmməd Əl-Kalaf fəaliyyət göstərəcək.
Dünya çempionatının Fransa və İngiltərə komandaları arasındakı üçüncülük görüşünü isə venesuelalı hakim Xesus Valensuela idarə edəcək.
Xatırladaq ki, üçüncü yer uğrunda keçiriləcək Fransa - İngiltərə oyunu iyulun 18-dən 19-na keçən gecə, Bakı vaxtı ilə saat 01:00-da start götürəcək. İspaniya və Argentina yığmalarını üz-üzə gətirəcək böyük final qarşılaşması isə iyulun 19-da, saat 23:00-da başlayacaq.













