İspaniyanın "Barselona" komandasının müdafiəçisi Hektor Belyerin zədələnib. Matc.az xəbər verir ki, bu barədə Kataloniya təmsilçisinin rəsmi saytı məlmat yayıb.
 
Xəbərdə bildirilir ki, komandanın bu gün baş tutan səhər məşqində 27 yaşlı müdafiəçinin sol ayağında problem aşkarlanıb. İspaniyalı oyunçu bir neçə testdən keçəcək.
 
Sentyabrın 1-də "Barselona" ilə azad agent kimi müqavilə imzalamış Belyerin, Kataloniya təmsilçisində 2 oyuna çıxıb.
 
Xatırladaq ki, "Barselona" ötən gün digər müdafiəçisi Ronald Arauxonun da sıradan çıxdığını və əməliyyat olunacağını açıqlamışdı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest