Azərbaycanın gənc oğlanlardan ibarət milli komandası Praqada keçirilən gənclər arasında Avropa çempionatında medal sıralamasına görə 39 ölkə arasında birinci olub. Matc.az xəbər verir ki, bu gün qitə birinciliyində fərdi yarışlara yekun vurulub.
 
Fərdi yarışların sonuncu günündə idmançılarımız 1 qızıl və 1 bürünc medal əldə ediblər. Vüqar Talıbov (-90 kq) bütün rəqiblərinə qalib gələrək çempionatın qızıl medalına sahib olub. Eyni çəki dərəcəsində yarışan digər cüdoçumuz İsmayıl Zamanov isə bürünc medal qazanıb.
 
Xatırladaq ki, daha öncə Turan Bayramov (-60 kq) gümüş, Vüsal Qələndərzadə (-73 kq) və Elcan Hacıyev (-90 kq) isə qızıl medal qazanmışdı.
 
Yarışın ümumi nəticəsinə görə, cüdoçularımız 3 qızıl, 1 gümüş, və 1 bürünc medal qazanaraq oğlanlar arasında birinci yeri tutublar. Azərbaycan yığması ümumi komanda hesabında isə ikinci yerə çıxıb. Birinci yeri 3 qızıl, 2 gümüş və 2 bürünc mükafatla Türkiyə tutub.
 
Sabah qitə birinciliyində qarışıq komanda yarışları keçiriləcək. Azərbaycan millisinin ilk görüşdə rəqibi Avstriya yığması olacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest