"Qarabağ" bu gün Avropa Liqasının qrup mərhələsində ikinci oyununa çıxıb. Matc.az xəbər verir ki, Qurban Qurbanovun rəhbərlik etdiyi komanda Fransanın "Nant" komandası ilə üz-üzə gəlib.

Tofiq Bəhramov adına Respublika stadionununda keçirilən oyunu Albaniyadan olan hakimlər briqadası idarə edib.

"Qarabağ" ilk turda səfərdə Almaniyanın "Frayburq" komandasına 1:2 hesabı ilə uduzmuşdu. "Nant" isə doğma meydanda Yunanıstan "Olimpiakos"unu eyni hesabla məğlub etmişdi. Qurban Qurbanovun komandası Bakıdakı görüşdə qrup mərhələsində ilk xal və xallarını qazanmağı hədəfləmişdi. Ağdam təmsilçisi istəyinə böyük hesablı qələbə ilə çatıb. Komandamız rəqib qapısından 3 cavabsız top keçirib.

Qrupun digər oyununda "Olimpiakos" "Frayburq"u qəbul edib. Bu oyunda isə qonaqlar böyük hesabla qalib gəliblər.

Avropa Liqası
G qrupu, 2-ci tur
15 sentyabr

Qarabağ – Nant 3:0
Qol: K.Ovusu, 60. A.Zubir, 65. M.Yankoviç, 72.
Hakimlər: Enea Yorqyiy, Denis Reca, Ridiger çokay, Yucin Caya (hamısı Albaniya).
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.

Qarabağ: 1. Şahruddin Məhəmmədəliyev, 2. Qara Qarayev (k), 8. Marko Yankoviç, 10. Abdulla Zubir, 11. Kvabena Ovusu, 13. Bəhlul Mustafazadə, 19. Filip Ozobiç, 20. Kadi Borges, 29. Marko Veşoviç, 44. Elvin Cəfərquliyev, 55. Bədavi Hüseynov.
Ehtiyat oyunçular: 23. Luka Quqeşaşvili, 89. Amin Ramazanov, 6. Julio Romao, 7. Riçard Almeyda, 15. Leandro Anrade, 16. İsmayıl İbrahimli, 22. Musa Qurbanlı, 27. Tural Bayramov, 30. Abbas Hüseynov, 77. Ramil Şeydayev, 90. Nəriman Axundzadə.
Baş məşqçi: Qurban Qurbanov.
Nant: 1. Alban Lafon (k), 2. Fabio, 4. Nikola Pallua, 8. Samuel Mutussami, 10. Lüdovik Blas, 14. İqnatius Qanaqo, 17. Mussa Sissoko, 21. Jan-Şarl Kastelletto, 24. Sebastyan Korçiya, 27. Mozes Simon, 31. Mustafa Məhəmməd.
Ehtiyat oyunçular: 16. Remi Deşam, 30. Denis Petriç, 3. Andrey Girotto, 5. Pedro çirivella, 7. Evan Gessan, 11. Markus Koko, 12. Dennis Appya, 29. Kentin Merlin, 55. Abdul-Kader Bamba.
Baş məşqçi: Antuan Kombuare.

Xal: Frayburq – 6. Qarabağ – 3. Nant – 3. Olimpiakos – 0.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest