İngiltərədə "Arsenal" və Niderlandın PSV komandaları arasında keçiriləcək Avropa Liqasının qrup mərhələsinin 2-ci tur oyununun yeni vaxtı açıqlanıb. Matc.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, qarşılaşma oktyabrın 20-də Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.
 
Bu səbəbdən London təmsilçisinin oktyabrın 19-da "Mançester Siti"yə qarşı keçirəcəyi Premyer Liqa matçı təxirə salınıb.
 
Xatırladaq ki, sentyabrın 15-də keçirilməsi planlaşdırılan "Arsenal" - PSV matçı Böyük Britaniya kraliçası II Elizabetin vəfatı ilə əlaqədar ertələnib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest