Avropa Liqasında mübarizə aparan "Qarabağ"ın turnirin qrup mərhələsinin 2-ci turunda Fransanın "Nant" klubuna qarşı keçirəcəyi oyununu idarə edəcək hakimlər açıqlanıb. Matc.az xəbər verir ki,Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşmanı Albaniyadan olan hakimlər briqadası idarə edəcək.
 
Sentyabrın 15-də baş tutacaq bu matça saat 20:45-də start veriləcək.
 
Avropa Liqası
Qrup mərhələsi, 2-ci tur
15 sentyabr
 
"Qarabağ" – "Nant"
Hakimlər: Enea Jorgji, Denis Rexha, Ridiger çokaj, Juxhin Xhaja (hamısı Albaniya).
VAR: Luca Pairetto (İtaliya).
AVAR: Giacomo Paganessi (İtaliya).
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu. Saat 20:45.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest