Fransanın "Nant" komandasının baş məşqçisi Antuan Kombuare Liqa 1-in 7-ci turu çərçivəsində "Loryan"a 2:3 hesabıyla uduzduqları oyunu şərh edib. Matc.az xəbər verir ki, o, qarşılaşmadan sonra bu həftə Avropa Liqasının qrup mərhələsi çərçivəsində "Qarabağ"a qarşı keçirəcəkləri oyundan da söz açıb:
 
"Məğlubiyyətə görə çox məyusam. Sarsıdıcı məğlubiyyət aldıq. Avropa Liqasında və çempionatda qalib gəlməyi bacarmalıyıq. Ardıcıl iki qələbə qazanmağa çalışacağıq. Futbolçulardan gözlədiyim də budur. Bunu cümə axşamı və xüsusilə bazar günü görəcəyik. İstəyimizi gerçəkləşdirmək üçün iki müsbət nəticə əldə etməliyik. Cümə axşamı "Qarabağ"a, bazar günü isə yaxşı formada olan "Lans"a qarşı nə edəcəyimizi görəcəyik".
 
"Qarabağ"la "Nant" arasındakı oyun sentyabrın 15-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. "Nant" ilk turda Yunanıstan "Olimpiakos"una qalib gəlib (2:1), "Qarabağ" isə Almaniya "Frayburq"una oxşar hesabla uduzub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest