Azərbaycanın və "Qəbələ" İdman Klubunun kikboksçusu Alim Nəbiyev sabah növbəti döyüşünü keçirəcək. Matc.az xəbər verir ki, Zabit Səmədovun Bakıda təşkil olunacaq vida döyüş gecəsində qüvvəsini sınayacaq.
 
28 yaşlı idmançımız rumıniyalı Andrey Ostrovyanu ilə qarşılaşacaq. 77 kq çəki dərəcəsində mübarizə aparan rəqiblər döyüş ərəfəsində çəkiölçmə mərasimi və mətbuat konfransına qatılıblar. Bu, Nəbiyevin peşəkar karyerasında 61-ci döyüş olacaq. Onun hesabında 52 qələbə və 8 məğlubiyyət var. 
 
Xatırladaq ki, döyüş gecəsi sentyabrın 10-da Milli Gimnastika Arenasında keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest