UEFA Avropa Liqasında həftənin futbolçusu adına namizədlərin adını açıqlayıb. Matc.az xəbər verir ki, qrup mərhələsində ilk turun ən yaxşı oyunçusu adına 4 namizəd var.
 
Bunlar İtaliya "Latsio"sundan Matias Vesino, Macarıstan "Ferentsvaroş"undan Tokmak Nquen, İngiltərə "Arsenal"ından Markinyos və İspaniya "Betis"indən Villian Jozedir.
 
Həftənin futbolçusu UEFA-nın rəsmi saytında azarkeşlər arasında keçirilən səsvermə nəticəsində müəyyənləşəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest