Almaniyanın "Frayburq" komandasının baş məşqçisi Kristian Ştrayx Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən biri olan "Qarabağ"ın bu mövsüm əslində UEFA Çempionlar Liqasının qrup mərhələsində oynamalı olduğunu söyləyib.

Almaniyanın "Frayburq" komandasının baş məşqçisi Kristian Ştrayx Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən biri olan "Qarabağ"ın bu mövsüm əslində UEFA çempionlar Liqasının qrup mərhələsində oynamalı olduğunu söyləyib.
 
Matc.az xəbər verir ki, 57 yaşlı məşqçi bunu Azərbaycan çempionunun çexiyanın "Viktoriya" komandasına qarşı keçirdiyi çL-in pley-off mərhələsindəki cavab oyunundan danışarkən deyib:
 
"Mən "Qarabağ"ın "Viktoriya" ilə oyunlarına baxmışam. "Viktoriya" iki dəfə çərçivəyə zərbə vurdu və layiq olmadığı şəkildə 2:1 hesabı ilə qalib gəldi. Əks halda, "Qarabağ" çempionlar Liqasında oynamalı idi".
 
"Frayburq" bu gün Avroliqanın qrup mərhələsinin ilk turu çərçivəsində öz meydanında "Qarabağ"la qarşılaşacaq. Bu oyuna Bakı vaxtı ilə saat 23:00-da start veriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest