Almaniyanın "Frayburq" komandasının yarımmüdafiəçisi Vinçentso Qrifo Avropa Liqasının qrup mərhələsi çərçivəsində Azərbaycan çempionu "Qarabağ"a qarşı keçirəcəkləri oyundan öncə fikirlərini bölüşüb. Matc.az xəbər verir ki, o, bu gün baş tutan mətbuat konfransında bunları söyləyib:
 
"Rəqibin heyətində fərdi keyfiyyətləri yaxşı olan çoxlu futbolçu var. Onlar buraya yüksək motivasiya ilə gəliblər və meydanda var gücləri ilə mübarizə aparacaqlar. Rəqibə hörmətlə yanaşırıq, amma onlardan çəkinmirik. Mütləq stresli oyun olacaq. Amma gözləntilər böyükdür. Heyətimizdə milli üzvləri var ki, onlar bu ritmi bilirlər. Olduqca xoşbəxtik. ötən mövsüm mübarizə apardıq ki, cümə axşamı günlərində divanda oturub avrokubok matçlarını seyr etməyək".
 
Sabah "Europe Park" stadionunda keçiriləcək "Frayburq" - "Qarabağ" matçına Bakı vaxtı ilə saat 23:00-da start veriləcək.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest