Azərbaycanın 3 klubu bu gün Avropa Konfrans Liqasında mübarizəyə başlayıb. Matc.az xəbər verir ki, "Neftçi", "Zirə" və "Qəbələ" sözügedən turnirdə ilk oyunlarını keçiriblər.

Günün ilk matçı Bakıda baş tutub. ötən mövsümün bürünc mükafatçısı "Zirə" İsrailin "Makkabi" (Təl-Əviv) komandasını qəbul edib. "Dalğa Arena"da baş tutan qarşılaşmanı irlandiyalı FİFA referisi Rob Hennessi idarə edib. "Zirə" bu oyunda 3 cavabsız qola üzülüb.

Geridə qalan mövsümü 4-cü pillədə başa vuran "Qəbələ" Macarıstanda "Fehervar"ın qonağı olub. "Mol Arena"da keçirilən matçın baş hakimi isveçli Kaspar Syöberq olub. Bu oyunda hesabı Azərbaycan təmsilçisi açsa da, qalan dəqiqələrdə 4 qol vuran meydan sahibləri əzmkar qələbə qazanıblar.

ötən mövsümün gümüş medalçısı "Neftçi" isə Konfrans Liqasına Kiprdə start verib. "Ağ-qaralar" Limassol təmsilçisi "Aris"lə qarşılşıb. "AEK Arena"dakı görüşdə ədaləti xorvatiyalı İvan Bebek qoruyub. Təəssüf ki, digər təmsilçilərimiz kimi, "Neftçi" də ilk oyunda 2 cavabsız qola üzülüb.

Qeyd edək ki, komandalar arasında cavab matçları iyulun 28-də keçiriləcək.

Avropa Konfrans Liqası
II təsnifat mərhələsinin ilk oyunları
21 iyul

Zirə – Makkabi (Təl-Əviv) 0:3
Qol: Q.Kanixovski, 18. C.Yovanoviç, 22; 54.
Hakimlər: Rob Hennessi, Emmett Daynan, Dermot Brouqto, Oliver Moran (İrlandiya).
Bakı, "Dalğa Arena".

Zirə: 1. Mehdi Cənnətov, 2. Sərtan Taşkın, 8. İlkin Muradov, 10. Rəhim Sadıxov, 11. Rüstəm Əhmədzadə, 14. Hamidu Keyta, 21. Hacıağa Hacılı, 26. Nemanya Andelkoviç, 32. Qismət Alıyev (k), 44. Dmitrios çantakias, 91. Coşqun Diniyev.
Ehtiyat oyunçular: 22. Nail Alışov, 41. Anar Nəzirov, 4. Cəlal Hüseynov, 7. Filipe Paxtmann, 9. Loris Broqno, 13. Ramin Əhmədov, 18. Slavik Alxasov, 47. Məhəmməd Hamdaui, 56. Samir Ağayev, 64. Mahmud Ağayev, 77. Mirsahib Abbasov.
Baş məşqçi: Rəşad Sadıqov.
Makkabi: 1. Daniel Perets, 4. Ernik Saborit, 14. Yoris van Overem, 16. Qavriel Kanixovski, 17. Brendli Kuvas, 18. Quyaqon Parfait, 21. Şeran Yeini (k), 23. Eyal Qolasa, 27. Ofir Davidzada, 28. Andre Geraldes, 99. Corce Yovanoviç.
Ehtiyat oyunçular: 19. Daniel Tenenbaum, 33. Or Yitzhak, 9. Stipe Periça, 10. Dan Biton, 11. Eylon Almoq, 22. Avi Rikan, 24. Nadav Aviv Niddam, 30. Maor Kandil, 32. Dor Turgeman, 35. Roy Revivo, 37. Oskar Qlouk, 77. Matan Hozez.
Baş məşqçi: Vladimir İviç.

Fehervar – Qəbələ 4:1
Qol: K.Kodro, 30; 74. A.Rus, 67. B.Zivzivadze, 90 – R.Utziq, 16.
Qırmızı vərəqə: M.Musayev, 86 (ikinci sarı).
Hakimlər: Kaspar Syöberq, Maks Robin Vilde, Andreas Svensson, Qranit Maqedonci (İsveç).
Sekeşfehervar, "Mol Arena".

Fehervar: 1. Daniel Kovaç, 4. Adrian Rus, 5. Attila Fiola (k), 7. İvan Petryak, 11. Loik Neqo, 13. Artyom Şabanov, 19. Kenan Kodro, 21. Ruben Pintu, 23. Pal Dardai, 31. Nikola Serafimov, 55. Marsel Heyster.
Ehtiyat oyunçular: 42. Emil Roçkov, 57. Martin Dala, 6. Peter Pokornı, 8. Yevgeni Makarenko, 9. Budu Zivzivadze, 22. Stopira, 29. Jolt Koynok, 65. Silvester Hanqya, 70. Funşo Bamqboye, 80. Boqdan Lednyov, 83. Bençe Babos, 94. Klaudiu Bumba.
Baş məşqçi: Mixael Boris.
Qəbələ: 1. Səlahət Ağayev, 2. İlkin Qırtımov, 4. Ruan Renato, 5. İsnik Alimi, 6. Feras Abu Akal, 7. Rövlan Muradov, 11. Asif Məmmədov (k), 23. Rafael Utziq, 27. Məqsəd İsayev, 28. Murad Musayev, 97. Felipe Santos.
Ehtiyat oyunçular: 13. Kristofe Atanqana, 36. Elməddin Sultanov, 10. Omar Hani, 12. Rüfət Əhmədov, 14. ülvi İsgəndərov, 18. Mehrac Baxşəli, 20. Rauf Rüstəmli, 33. Hüseyn Mürsəlov, 44. Salman Ələsgərov, 74. Süleyman Damadayev, 77. Emil Səfərov.
Baş məşqçi: Elmar Baxşıyev.

Aris – Neftçi 2:0
Qol: Kaju, 53. Y.Qomis, 65.
Hakimlər: İvan Bebek, Qoran Pataki, Luka Payiç, Dario Bel (Xorvatiya).
Larnaka, "AEK Arena".

Aris: 1. Vana, 3. Kaju, 8. Morqan Braun, 10. Matiya Şpolyariç, 13. Delmiro Evora Nasçimento (k), 14. Artur Yannik Qomis, 20. Stiv Yaqo, 21. Mixlali Mayambela, 27. Martin Sloqar, 31. Frants Brorsson, 37. Yulius Szoke.
Ehtiyat oyunçular: 28. Neofitos Stilianu, 70. Mixalis Papastilianu, 90. Ellinas Sofroniu, 5. Kostas Pileas, 7. Leo Benqtsson, 9. Daniel Sikorski, 30. Aleks Muketu-Mussunda, 58. Yevgeni Yablonski, 65. Yanis Dede Lomme, 72. Floriss Cave.
Baş məşqçi: Aleksey Şpilevski.
Neftçi: 1. İvan Brkiç, 3. Mamadu Mbodj, 4. Solomon Kvirkveliya, 5. Kenni Sayef, 6. Voyislav Stankoviç, 8. Emin Mahmudov (k), 11. Qodsvey Donyo, 14. Eddi İsrafilov, 19. Azər Salahlı, 23. Ataa Caber, 24. Yusuf Laval.
Ehtiyat oyunçular: 30. Aqil Məmmədov, 93. Rza Cəfərov, 7. Azər Əliyev, 16. Gilyerme Pato, 17. Rəhman Hacıyev, 20. Vüsal Əsgərov, 21. İsmayıl Zülfüqarlı, 26. ömər Buludov, 27. Fərid Yusifli, 73. Ramin Nəsirli, 77. Yeqor Boqomolski, 82. Rüfət Abbasov.
Baş məşqçi: Laurentsiu Regekampf.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest