Qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının evdə Bosniya və Herseqovinaya qarşı keçirəcəyi dünya çempionatının seçmə mərhələ oyununun stadionu açıqlanıb. Matc.az xəbər verir ki, qarşılaşma sentyabrın 6-da "Dalğa Arena"da oynanılacaq.
 
Bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb. Görüşün başlama saatı hələlik bəlli deyil.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest