Azərbaycanın cüdo yığması qarşıdakı beynəlxalq turnirlərə hazırlıq məqsədilə yeni təlim-məşq toplanışına başlayıb. Matc.az xəbər verir ki, Şamaxı Olimpiya İdman Kompleksində təşkil olunmuş hazırlıq prosesinə iyulun 3-də start verilib.
 
Hazırlığın ilk mərhələsi 14 gün davam edəcək. Toplanışda Azərbaycanın böyüklərdən və gənclərdən ibarət milli komandasının 43 üzvü iştirak edir.
 
Qeyd edək ki, bu toplanış iyulun 24-dən 30-dək Slovakiyada təşkil olunacaq Avropa Gənclər Olimpiya Festivalına, 9-18 avqustda Türkiyənin Konya şəhərində keçiriləcək İslam Həmrəyliyi Oyunlarına, eləcə də 10-13 avqustda Ekvadorda təşkil olunacaq gənclər arasında Dünya çempionatına hazırlıq məqsədi daşıyır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest