2022-ci ildə güləşdə uğurlu nəticələr sıralanır. Matc.az xəbər verir ki, Bolqarıstan (U-23) və Macarıstanda (böyüklər) keçirilən qitə birinciliklərində qazanılan qələbələrin davamı Rumıniyada gəldi.
 
13-19 iyunda Buxarestdə keçirilən U-17 Avropa çempionatı Azərbaycan güləşi üçün tarixi nəticələrlə yadda qaldı.
 
Təsadüfi deyil ki, məsul yarışda ölkəmizi təmsil edən 26 idmançıdan 20-si fəxri kürsüyə qalxdı. Rumıniyada 9 dəfə himnimiz səsləndi. Güləşçilərimizin 7-si gümüş, 4-ü isə bürünc medal qazandı. Azərbaycan 3 növün cəmində həm medalların sayına, həm də əyarına görə 1-ci yeri tutdu. 2-ci pillədə Ukrayna (5-1-12), 3-cü pillədə isə Türkiyə (4-7-4) qərarlaşdı.
 
Göründüyü kimi, bu Aç Azərbaycan güləşi adına rekordlarla əlamətdar oldu. Həmin rekordlara nəzər salaq:
 
1. Bu yaş qrupunda ilk dəfə 2 komandamız eyni vaxtda Avropa çempionu oldu.
2. Hər 3 növdə komanda hesabında bu yaş qrupu üzrə güləş tariximizin ən yüksək xalını topladıq.
3. Yunan-Roma güləşində medalların sayına görə (8) yeni rekord müəyyənləşdirildi.
4. Sərbəst güləşdə medalların əyarına görə yeni rekord qeydə alındı.
5. Azərbaycan 3 növün cəmində həm medalların əyarına, həm sayına, həm də ölkələrin ümumi sıralamasına görə öz rekordunu yenilədi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest