Rumıniyanın paytaxtı Buxarestdə güləş üzrə Avropa çempionatı davam edir. Matc.az xəbər verir ki, yarışın 4-cü günündə qızlardan ibarət milli komandanın son 2 üzvü xalça üzərinə çıxıb. 
 
Aysel Məmmədzadə ilk mərhələdə macar Kornelia Laşloya (0:4) məğlub olub. Ancaq rəqib finala yüksəldiyi üçün güləşçimiz mübarizəni davam etdirib. Təsəlliverici görüşdə ispan Virciniya Lopes Portilyonu 6:0 hesabıyla üstələyən Aysel son qarşılaşmada norveçli Daniella Tara Beki üzərində "tuşe" qələbə qazanaraq Avropa çempionatının bürünc medalını əldə edib.
 
Digər güləşçimiz Jasmin Əsgərova (53 kq) Militsa Sekuloviçlə (0:5) bacarmayıb.
 
Beləliklə, komandamız Avropa çempionatını 1 dəst medalla başa vurub. Xatırladaq ki, bir gün öncə Ruzanna Məmmədova (49 kq) qızıl, Elvina Kərimzadə (43 kq) isə gümüş medal qazanmışdı.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest