Azərbaycan milli komandasının üzvü Murad Hacızadə (84 kq) Misirin paytaxtı Qahirədə keçirilən Karate1 Series A turnirinin gümüş medalını qazanıb. Matc.az xəbər verir ki, o, finala qədərki görüşlərdə Misir, Niderland və Xorvatiyadan olan rəqiblərinə xal vermədən qalib gəlib. İdmançımız daha bir yerli karateçi ilə həlledici görüşdə qələbəni əldən verib.
 
Digər idmançılarımız Samir İbrahimov və Məcid Əmirov (hər ikisi -75 kq) turniri medalsız başa vurub.
 
Nüfuzlu yarışda 70 ölkədən 862 karateçi iştirak edib. Beynəlxalq hakimlər Cahangir Babayev və Vüqar Kərimov yarışın referiləri arasında olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest