Tula "Arsenal"ının azərbaycanlı yarımmüdafiəçisi Ayaz Quliyev "Rostov"a qayıda bilər.
Matc.az xəbər verir ki, "Arsenal"ın Rusiya Premyer Liqasını tərk etməsi ilə əlaqədar 25 yaşlı azərbaycanlı futbolçu özünə yeni klub axtarmaq məcburiyyətində qalıb.
Quliyev 2021/22 mövsümündə "Arsenal"ın heyətində 26 matçda iştirak edib və 1 məhsuldar ötürmə edib. Yarımmüdafiəçinin klubla müqaviləsi 30 iyun 2023-cü ilə qədərdir. O, 2018/19 mövsümündə məhz "Rostov"da çıxış edib.