Futbol üzrə Avropa Liqasında 1/4 final mərhələsinin ilk oyunlarından sonra həftənin ən yaxşı oyunçusu müəyyənləşib. Matc.az xəbər verir ki, bu ada Almaniyanın "Ayntraxt" klubunun yarımmüdafiəçisi Ansqar Knauff layiq görülüb.
 
20 yaşlı oyunçu evdə İspaniya "Barselona"sı ilə 1:1 hesablı heç-heçə etdikləri görüşdə baxımlı qola imza atıb.
 
Avroliqada həftənin ən yaxşı oyunçusu adına Portuqaliya "Braqa"sından Abel Ruis, İtaliya "Atalanta"sının qapıçısı Xuan Musso, və Lion "Olimpik"indən (Fransa) Tanquy Ndombele də namizəd idi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest