Futbol üzrə Avropa Liqasında 1/8 final mərhələsinin ilk oyunları keçirilib. Matc.az xəbər verir ki, bu gün daha beş qarşılaşma baş tutub.

"Barselona" "Kamp Nou"da Türkiyənin avrokuboklardakı yeganə təmsilçisi "Qalatasaray"ı sınağa çəkib. Bu görüşdə qapılara qol vurulmayıb. "Sevilya" "Vest Hem"lə, "Atalanta" isə "Bayer"lə münasibətlərinə aydınlıq gətiriblər. Hər iki oyunda meydan sahibləri çətin qələbəyə seviniblər.

"Braqa" "Monako" ilə ev oyunundan inamlı qələbə ilə ayrılıb. "Reyncers" isə "Srvena Zvezda"nı 3 cavabsız qolla yenib.

Bu mərhələnin bir oyunu baş tutmayacaq. Belə ki, Ukrayna – Rusiya münasibətlərinə görə "Spartak" (Moskva) avrokuboklardan kənarlaşdırıldığı üçün onların rəqibi Almaniya "Leypsiq"i birbaşa 1/4 finala adlayıb.

Avropa Liqası
1/8 finalın ilk oyunları

9 mart

Portu (Portuqaliya) – Olimpik (Lion, Fransa) 0:1
Qol: Paketa, 59.

Betis (İspaniya) – Ayntraxt (Almaniya) 1:2
Qol: Fekir, 30 – Kostiç, 14. Kamada, 32.

10 mart

Sevilya (İspaniya) – Vest Hem (İngiltərə) 1:0
Qol: El Haddadi, 60.

Atalanta (İtaliya) – Bayer (Almaniya) 2:1
Qol: Malinovski, 23. Muriel, 25; 49 – Aranquiz, 11. Diabi, 63.

Barselona (İspaniya) – Qalatasaray (Türkiyə) 0:0

Braqa (Portuqaliya) – Monako (Fransa) 2:0
Qol: A.Ruis, 3. V.Oliveyra, 90.

Reyncers (Şotlandiya) – Srvena Zvezda (Serbiya) 3:0
Qol: Tavernye, 11. Morelos, 15. Baloqun, 51.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest