Futbol üzrə Avropa Liqası və Konfrans Liqasında həftənin ən yaxşı oyunçusu adına namizədlər müəyyənləşib. Matc.az xəbər verir ki, bu, pley-off mərhələsinin cavab görüşlərindən sonra bəlli olub.
 
Avropa Liqasında Ceyms Tavernye ("Reyncers", Şotlandiya), Rikardo Orta ("Braqa", Portuqaliya), Mehdi Taremi ("Portu", Portuqaliya), Ruslan Malinovski ("Atalanta", İtaliya) həftənin ən yaxşısı adına namizəddir.
 
Konfrans Liqasında isə Ola Solbakken ("Bodo Qlimt", Norveç), Ceyms Meddison ("Lester Siti", İngiltərə), İra Sor ("Slaviya", çexiya) və Eli Dasa ("Vitess", Niderland) ən yaxşı dörd oyunçudan biridir.
 
Qeyd edək ki, qalib UEFA-nın rəsmi saytında azarkeşlər arasında səsvermədən sonra bəlli olacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest