Futbol üzrə Avropa Konfrans Liqasında pley-off mərhələsinin ilk oyunlarından sonra həftənin ən yaxşı oyunçusu adına namizədlər açıqlanıb. Matc.az xəbər verir ki, namizədlər arasında "Qarabağ"la Fransadakı qarşılaşmada Marsel "Olimpik"nin dubl etmiş hücumçusu Arkadiuş Milik də var.
 
Patson Daka ("Lester", İngiltərə), Yoel Andersen ("Midtülland", İsveç) və Uqo Vetlesen ("Budo Qlimt", Norveç) digər namizəd oyunçulardır.
 
Avropa Liqasında isə həftənin futbolçusu olmağa namizədlər Qvido Rodriges ("Betis", İspaniya), Toni Martines ("Portu", Portuqaliya), Berat Cimsiti ("Atalanta", İtaliya) və Alfredo Morelosdur ("Reyncers", Şotlandiya).
 
Qalibin adına UEFA-nın rəsmi saytında keçirilən sorğu nəticəsində aydınlıq gələcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest