Bu gün futbol üzrə Avropa Liqasında 1/16 final mərhələsinin ilk oyunları keçirilib. Matc.az xəbər verir ki, bütün oyunlar eyni gündə baş tutub.

Mərhələnin ən çox maraqla gözlənilən oyunlarından biri "Nou Kamp"da olub. Burada "Barselona" "Napoli"ni sınağa çəkib. Hesabı İtaliya klubunun açdığı matçda qalib müəyyənləşməyib.

Azərbaycanlı futbolsevərlərin diqqət mərkəzində olan daha bir qarşılaşma İspaniyada keçirilib. Mahir Emrelinin yeni komandası "Dinamo" (Zaqreb) "Sevilya"nın qonağı olub. Həmyerlimizin bu oyunda Xorvatiya klubunun heyətində debüt edib. Amma dörd qolun qeydə alındığı qarşılaşma zaqreblilərin məğlubiyyəti ilə bitib.

Digər qarşılaşmalara gəlincə, "Borussiya" (Dortmund) "Reyncers"lə, "Zenit" "Betis"lə üz-üzə gəlib. Hər iki oyun meydan sahiblərinin məğlubiyyəti ilə bitib. Tarixində ilk dəfə avrokuboklarda yaz mövsümünə qalan "Şerif" isə "Braqa"yla oyundan qalib ayrılıb. "Atalanta" da "Olimpiakos"u məğlub yola salıb. "Portu" "Latsio" ilə ev oyunundan qalib ayrılıbsa, dörd qolun qeydə alındığı "Leypsiq" – "Real Sosyedad" matçında qalib müəyyənləşməyib.

Avropa Liqası
1/16 finalın ilk oyunları
17 fevral

Barselona (İspaniya) – Napoli (İtaliya) 1:1
Qol: F.Torres, 59-pen – Zelinski, 29.

Borussiya (Dortmund, Almaniya) – Reyncers (Şotlandiya) 2:4
Qol: Bellingem, 51. R.Gerreyro, 82 Tavernye, 38-pen. Morelos, 41. Lundstram, 49. Zaqadu, 54-öz qapısına.

Şerif (Moldova) – Braqa (Portuqaliya) 2:0
Qol: S.Till, 43-pen. A.Traore, 83.

Zenit (Rusiya) – Betis (İspaniya) 2:3
Qol: Dzyuba, 25. Malkom, 28 – G.Rodriqes, 8. V.Xose, 18. Quardado, 41.

Sevilya (İspaniya) – Dinamo (Zaqreb, Xorvatiya) 3:1
Qol: Rakitiç, 13-pen. Okampos, 44; 45+1 – Orşiç, 41.

Atalanta (İtaliya) – Olimpiakos (Yunanıstan) 2:1
Qol: Djimsiti, 61; 63 – Soares, 16.

Portu (Portuqaliya) – Latsio (İtaliya) 2:1
Qol: Martines, 37; 49 – Zakkayni, 23.

Leypsiq (Almaniya) – Real Sosyedad (İspaniya) 2:2
Qol: Nkunku, 30. Forsberq, 82 – Normand, 8. Oyarzabal, 64-pen.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest