Futzal üzrə Avropa çempionatının final mərhələsində iştirak edəcək Azərbaycan millisinin Bakıdakı təlim-məşq toplanışı yekunlaşıb. Matc.az xəbər verir ki, bu gün Bakı-İstanbul-Brüssel hava reysi ilə səfərə çıxan millimiz yanvarın 17-də Borqloon şəhərində Belçika yığması ilə keçiriləcək yoxlama oyununa avtobusla yollanacaq.
 
Yoxlama matçı Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.
 
Baş məşqçi Joze Alesio Da Silva heyətə bu futzalçıları dəvət edib:
 
1. Rövşən Hüseynli – Araz (Naxçıvan)
2. Ramiz Çovdarov - Araz (Naxçıvan)
3. İsa Atayev - Araz (Naxçıvan)
4. Xətai Bağırov - Araz (Naxçıvan)
5. Rizvan Fərzəliyev - Araz (Naxçıvan)
6. Emanoel Joao Rodriqes “Maneka” - Araz (Naxçıvan)
7. Oliveyra Villiams “Vassura” - Sportinq (Paris, Fransa)
8. Everton Kardozo “Qalo” - Levante (İspaniya)
9. Emin Kürdov - EKOL
10. Conatas Felipe “Felipinyo” - Araz (Naxçıvan)
11. Eduardo Borges - Halle-Gooik (Belçika)
12. Rafael Vilela - Palma Futsal (İspaniya)
13. Fineo De Arauxo - Sportinq (Paris, Fransa)
14. Tyaqo Teles Martins “Bolinya” - ACCS FUTSAL (Fransa)

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest