Qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Siyasət Əsgərov DÇ-2023-ün seçmə mərhələsi çərçivəsində Monteneqroya qarşı keçirdikləri oyunu şərh edib.

Qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Siyasət Əsgərov DÇ-2023-ün seçmə mərhələsi çərçivəsində Monteneqroya qarşı keçirdikləri oyunu şərh edib. Matc.az xəbər verir ki, o, 1:0 hesabıyla qalib gəldikləri matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
 
“Qrupda keçirdiyimiz ilk beş oyun bizim üçün yaxşı nəticələnməmişdi. Təbii ki, bu nəticələr bizi qane etmirdi. Uğursuz gedişə son qoymaq istəyirdik. Sevindirici haldır ki, uğursuzluğa son qoyub evdə qalib gəlməyi bacardıq. Bu nəticə gələcək oyunlar üçün komandaya əlavə stimul verəcək. Qarşıdakı 4 oyundan müsbət nəticələr əldə edib qrupu üst pillələrdə tamamlamaq istəyirik”.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest