Bu gün futbol üzrə Avropa Liqasının qrup mərhələsində 5-ci tura start verilib. Matc.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma keçirilib.

C qrupunda Rusiyanın "Spartak" (Moskva) klubu İtaliya təmsilçisi "Napoli"ni qəbul edib. üç qolun qeydə alındığı oyunda qələbəni meydan sahibləri bayram ediblər.

Mərhələnin digər qarşılaşmaları sabah keçiriləcək. C qrupunun digər matçında azərbaycanlı hücumçu Mahir Emrelinin çıxış etdiyi "Legiya" (Polşa) səfərdə "Lester Siti"nin (İngiltərə) qonağı olacaq.

Avropa Liqası
C qrupu, 5-ci tur
24 noyabr

"Spartak" (Moskva, Rusiya) – "Napoli" (İtaliya) 2:1
Qol: Sobolyov, 3-pen; 28 – E.Elmas, 64.
Moskva, "Spartak" stadionu.

Xal durumu: Spartak – 7, Napoli – 7, Legiya – 6, Lester Siti – 5.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest